Şəmkir-Gədəbəy yolunda qəza olub, xəsarət alanlar var

Bu gün Şəmkir-Gədəbəy avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qərb bürosunun məlumatına görə, qəza yolun 13-cü km-də qeydə alınıb.

“Niva” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti orta-ağır, ikisinin vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar