TÜRKİYƏ "EVET" DEDİ: Referendumun nəticələri - VİDEO(Yenilənib)

Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 100 faizi sayılıb.  Konstitusiyaya dəyişiklikləri az bir fəqlə qəbil edilib. Seçicilərin 51,4 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48,6 faizi əleyhinə səs verib.

***

Türkiyədə ölkə konstitusiyasına düzəlişlərlə bağlı referendum başa çatıb. Ölkənin seçki məntəqələri Bakı vaxtı ilə saat 18:00-da qapanıb. Seçki qutularının40 faizi təxminən açılıb. Səsvermədə iştirak edənlərin təxminən 60%-i  Konstitusiyaya dəyişikliklərini dəstəkləyib. Ekspertləır ilkin rəqəmlərə əsaslanaraq Türkiyənin konstitusiyaya dəyişikliklərinə "EVET" dediyini söyləyir.

***

Türkiyədə konstitusiyaya dəyişikliklərlə bağlı referendum davam edir. "Report"un Türkiyə bürosu xəbər verir ki, seçki məntəqələrində böyük aktivlik müşahidə olunur. Səsvermə hüququ olan vətəndaşlar seçki məntəqələrinə gələrək referendumda səs verirlər.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın İstanbulda, Baş nazir Bineli Yıldırım İzmirdə, habelə digər dövlət və hökumət rəsmiləri müvafiq seçki məntəqələrində səs veriblər.

Seçicilər "Report"a müsahibələrində konstitusiyaya təklif edilən dəyişikliklərlə tanış olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, səsverməyə çıxarılmış dəyişiklikləri dəstəkləyirlər. Referendum ölkə tarixində mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Türkiyədə 55 milyon 319 min 222 seçici qeydə alınıb. Referendumun gedişi və səslərin sayılması 10 partiya tərəfindən izlənilir.

Ölkənin bütün ərazisində səsvermə saat 17:00-da yekunlaşacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar