ABŞ-da klubda atışma olub - 10 nəfər yaralanıb

ABŞ-ın Ohayo ştatında klub yaxınlığında atışma olub.APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla ötən gecə saat 03.20 (Bakı vaxtı ilə saat 11.20) radələrində baş verib.

Kolumbus şəhərində klub yaxınlığında atışma zamanı 10 nəfər yaralanıb. Yaralılardan 2-nin durumu ağırdır. Atəş açan şəxs və hadisənin səbəbi barədə məlumat verilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar