Prezident İlham Əliyev türkiyəli həmkarını təbrik edib

ilham_aliyev_erdogan_150115Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

"Report" Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlham Əliyev Türkiyə Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendumun uğurla keçirilməsi və əhalinin çoxluğunun bu dəyişikliklərə səs verməsi münasibətilə Türkiyə Prezidentini və xalqını təbrik edib, referendumun nəticələrini xalqın Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinə verdiyi böyük dəstək kimi qiymətləndirib.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar