"AZERCELL" MİLYONLARI NECƏ MƏNİMSƏYİR? - “Kreativ yolla” müştərilərin soyulması

AzercellMobil rabitə sistemində birmənalı olaraq monopilost olan “Azercell”-in vətəndaşların   hüquqlarını  kobud surətdə pozması  haqqında xeyli  mövzular işlənib. Ancaq buna məhəl qoymayan “Azercell” hər dəfə  daha “kreativ” təkliflərlə “innovativ”  metodlardan istifadə etməklə, müştərilərin  canı  sıxılmdan və ruhu incimədən cibinə girib, onların  milyonlarını oğrulamqda davam edir.   

 Bunun üçün “Azercell” müxtəlif xidmət sahəsi adı altında  müştərilərə mesaj ünvanlamaqla  bunu edir. Bəzən elə mesajlar və ya təkliflər olur ki, heç müştəri təsdiqləmədən onun pulunu yeməklə məşğuldur. Uzağa getmədən 6080 mesaj xidmətini misal kimi götürək.

 “Azercell” bu mesajı müştəriyə ünvanlayarkən hər müştəridən  dərhal 10 qəpik silinir. Əgər müştəri bu mesajın gəlməsinə  STOP siqnalını vermək istəyirsə, o zaman da  əlavə 10 qəpiyindən keçməli olur. Yox, əgər  müştəri  bu xidmətdən yaralanmaq istəyəcəksə, onda hər ay 10 qəpik pul ödəməli olacaq.

“Azercell”-in Müştəri Xidməti ilə əlaqə saxlasaq da, bildirildi ki,  “niyə belə edirsiniz?!” Deyirlər ki, bu, şirkət rəhbərliyi tərəfindən qəbul edilən qərardır və mesaj bütün  müştərilərə göndərilir. Hətta, “Azercell”-in Müştəri Xidmətindən bildirildi ki, “axı, bu elə də böyük pul deyil?! Əgər istəmirsinizsə, o zaman STOP edin və məsələ də bununla bitsin”.

azercellesasssss

Deyəndə ki, burada söhbət bir-iki nəfərdən getmir, yüz minlərlə müştəridən gedir və hərədən  10 qəpik tutulanda bu külli miqdarda   vəsait edir.   Bu, dediklərimizi sübut etmək üçün hələ təkcə bir faktdır. Amma gün ərzində “Azercell”-dən müşətriyə çoxsaylı mesajlar gəlir və  müştəri onun mahiyyətindən xəbəri olmadan  qəbul edirsə, şirkət başlayır müştərilərin pullarını göyə sovurmağa… Elə hər xidmət adı altında  vətəndaşdan qəpik-qəpik tutulanda gör sonda bu nə qədər vəsait edir. Necə deyərlər, damla-damla göl olar…

“Azercell” də “damla-damla” prinsipinə  əsaslanaraq,  göllər və bu gölləri də böyük dənizlərə çevirmək  şüarı ilə  fəaliyyət göstərir. Nəticədə isə uduzan müştəri,  qazanan isə “Azercell” olur. Bax, buna deyərlər, “innovativ” fırıldaq yolu ilə milyonları mənimsəmək.

Bu, hələ harasıdır…. Elə götürək son dövrlərdə  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyininin  Dövlət Sosial Müdafiə Fondunun  fiziki və hüquqi şəxslərin ASAN İmza ilə rüblük hesabatlar verməsi məsələsini.  Əldə etdiyimiz məlumata görə, burada Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə “Azercell” arasında bir sövdələşməmin olması ortaya çıxıb.  Yəni, bunun arxasında DSMF-nin ASAN İmza ilə rüblük hesabatı  adı altında əslində vətəndaşdan  asan yolla necə külli miqdarda pul qazanılması dayanır… Bunun üçün  ASAN İmza ilə  fiziki və hüquqi şəxslərin  rüblük hesabat verməsi mexanizminə nəzər salmaq yetərlidir və əlavə şərhə də ehtiyac yoxdur. İlk olaraq onu demək lazımdır ki, heç bu  metoda keçmədən elektron imza və ya bəyannaməni doldurmaqla kifayətlənmək olardı.

Milyonların mənimsənilməsinin mexanizmi isə belədir. ASAN İmza alan şəxs “Azercell”-ə əvvəlcə 23 manat  ödəyir və hər ay ASAN İmzaya görə, 5 manat xidmət haqqı ödəyir. Bura  digər  tarifləri də əlavə etsək, bu rəqəm bir az da artır.  3 ildən sonra isə ASAN İmza yenlənməlidir…

Burada digər məqam da ondan ibarətdir ki, hüquqi şəxs olan bir vətəndaş iki ASAN İmza alamalıdır və bu zaman həmin insan iki dəfə ziyana düşməli olur.   Ölkədə isə yüz minlərlə  vergi ödəyicisi var və hər  vergi ödəyicisindən  kiçik həcmli vəsait mənimsəyərkən də, bu, milyonlar edir. Baxmayaraq ki, Vergilər  Nazirliyi 7-8 ildir elektron qaydada  hesabatın verilməsinə keçib və indiyədək bu qayda davam edir. Heç kimin də bu qaydanın tətbiqindən narazılığı yoxdur. Ancaq indi  ASAN İmza  qaydasının tətbiq edilməsi daha ciddi narazılığa səbəb olub. Narazılığı  yaradan ilk səbəbsə ondan ibarətdir ki, sistem hazır olmadan belə bir qaydaya birdən-birə keçilib. İkincisi, vətəndaş  hesabatı vermədikdə onun cərimələnməsi, üçüncüsü isə bunun da arxasında vergi ödyəsininin maraqlarının təmin olunması deyil, idarə və müəssisə maraqlarının ortada olmasıdır. Daha doğrusu, ortada sövdələşmə yolu ilə zəhmətsiz  gəlir əldə etmək.

Yəni, necə edək ki, daha asan formada  vətəndaşın cibinə girib milyonlara sahib olaq. İrad bildiriləndə də cavab bundan ibarət olur ki, insan faktoru olmadan vətəndaş  şəffaf formada  hesabatını verir.  Əslində burada söhbət  bəzi dövlət qurumlarının   şəffaflıq,  sağlamlaşdırma adı altında  vətəndaşın cibinə necə girməsindən gedir. Daha doğrusu,  şəffafladşırma adı altında vəziyyəti daha da mürəkkəbləşdirməklə  necə gəlir əldə etmək…(gununsesi.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar