"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" müsabiqələr elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yanğına qarşı siqnalizasiya sisteminin quraşdırılması xidməti, avtokran və avtokarların satın alınması məqsədilə açıq müsabiqələr elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyənlər QSC-nin rəsmi internet (www.acsc.az) səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

İştirakçılar hər iki müsabiqə üçün aprelin 21-i saat 18:00-dək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə (Bakı şəhəri, Rəsulzadə küçəsi,5; tel.: (012) 493 41 52) müraciət edə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar