Rusiya Uzaq Şərqi 18 ölkə üçün vizasız etdi - SİYAHI

vizaRusiyanın baş naziri Dmitri Medvedev Rusiyanın Uzaq Şərq bölgəsinə vizasız gedə biləcək 18 ölkənin siyahısını təsdiq edib.

Trend-in məlumatına görə, baş nazir bu qərarın turist və sahibkarlara aid olacağını bildirib.

D.Medvedev bu bölgəyə vizasız gələcək əcnəbilərin müxtəlif regionlarda yerləşən ölkələrdən olduğunu qeyd edib.

Yeni qərara əsasən, Uzaq Şərqə Əlcəzair, Bəhreyn, Bruney, Hindistan, İran, Qətər, Çin, Şimali Koreya, Küveyt, Mərakeş, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Tunis, Türkiyə və Yaponiya vətəndaşları vizasiz səfər edə biləcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar