“ÖZ YERİNİZİ BİLİN!” – Ərdoğandan ATƏT-ə…

Dərc olunub: 17/04/2017 - 22:14

erdogan1Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ATƏT öz yerini bilməlidir.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Birincisi, öz yerinizi bilin! Biz sizin siyasi baxımdan əsaslandırılmış hesabatlarınıza qulaq asan deyilik”, – deyə agentlik Ərdoğanın sözlərini sitat gətirib.

Türkiyədə keçirilən referendumda konstitusiyaya düzəlişlər edilməsinin tərəfdarları qalib gəliblər.
Bundan əvvəl ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib.


loading...




Fikrinizi bildirin