«ABŞ-ın KXDR-a yönəlik strateji dözüm əsri bitdi!» - Maykl Pens

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Maykl Pens Cənubi Koreyaya səfəri zamanı bəyan edib ki, ABŞ-ın Koreya Xalq Demokratik Respublikasına (KXDR) yönəlik strateji dözüm əsri başa çatıb.

Pens, iki Koreyanın (Cənubi və Şimali) arasında fakiki olaraq sərhəd rolunu oynayan hərbsizləşdirilmiş zonaya baş çəkib. Onun sözlərinə görə, Koreya yarımadasında təhlükəsizliyin dinc danışıqlar yolu ilə təmin olunması üçün ABŞ qəti şəkildə niyyətlidir. O, əmin edib ki, Vaşinqtonun Seulla müttəfiqlik öhdəlikləri sarsılmazdır.

ABŞ və Cənubi Koreya söz veriblər ki, yeni araqarışdırmaya baş vurduğu halda, KXDR-ı birlikdə cəzalandırsınlar.

«TASS» agentliyinin Tokiodakı xüsusi müxbiri Vasili Qolovkin «Exo Moskvı» radiosuna danışıb ki, Şimali Koreyanın sonuncu uğursuz raket sınağından sonra bölgədə müəyyən mənada, bir «sakitlik» yaranıb.

Onun sözlərinə görə, siyasətçilər sanki bir pauza götürüblər, sadə insanlar isə KXDR liderinin sağlam düşüncə nümayiş etdirəcəyinə ümid bəsləyirlər..

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar