Polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişdi

Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin rəis müavini, polis polkovniki Cənnət Şeydayev xidməti avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib. Göstərilən tibbi yardımlara baxmayaraq C.Şeydayev vəfat edib.

İlkin ehtimala görə, mərhum ürəktutmadan dünyasını dəyişib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar