ƏSƏD CƏZASINI ALACAQMI? – Kimyəvi hücuma görə özünə bəraət qazandırmaq istəyir

Suriyadakı kimyəvi hücumdan sonra ilk müsahibəsində Bəşər Əsəd söyləyib: ”Bu hücum 100 faiz quraşdırılıb”. Onun söylədiyi bu sözlər dünyada şok yaradıb. Suriya prezidenti daha sonra əlavə edib: ”Biz hesab edirik ki, Qərb və əsasən də ABŞ terroristlərlə birgə fəaliyyətdədir. Amerika Suriya aviabazasına zərbə vurmaq üçün bu tarixçəni uydurub”.

Barbarcasına həyata keçirilmiş bu hücumu qınayan Donald Tramp “Şayrat” aviabazasının vurulmsı əmrini vermişdi. Münaqişənin başlandığı 2011-ci ildən indiyədək ilk dəfədir ki, ABŞ Suriya rejiminə qarşı hərbi müdaxilə həyata keçirib. Suriya prezidenti deyib: ”Bu hücum bizim atəş gücümüzə və terrorçularla mübarizə qabiliyyətimizə təsir göstərməyib”.

- Çaxnaşma yaymaq

Həmin kimyəvi hücumda Suriya rejiminin əli olduğuna ABŞ administrasiyasının heç bir şübhəsi yoxdur. Donald Tramp hesab edir ki, Dəməşqin müttəfiqi olan Rusiya, bəlkə də bu hücumdan öncədən xəbərdar olub.

Amerikan diplomatiyası kimyəvi silahdan istifadənin hərbi cinayət olmasını bəyan etməklə yanaşı, Suriya prezidentinin “AFP” agentliyinə verdiyi müsahibəsindəki sözlərini də təkzib edib.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib: ”Çox təəssüf ki, bu Əsəd üçün tipik bir şeydir. O, yalan məlumat buraxmaqla, çaxnaşma yaymağa cəhd edir. Onlar müharibə aparmağın qaydalarını pozur və biz bunu hərbi cinayət hesab edirik”.

AFP-yə verdiyi müsahibəsində Suriya prezidenti iddia edir ki, 2013-cü ildə məhv edildikdən bu yana rejimin əlində artıq kimyəvi silah yoxdur.

Amerika və Rusiya arasındakı gərginliyin yeni parıltısı ABŞ dövlət katibi Reks Tillersonun Moskvaya səfəri zamanı da hiss olunurdu. R.Tillerson Rusiya Xarici İşlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlardan sonra Vladimir Putinlə də görüşüb.

ABŞ prezidenti Donald Tramp iki ölkə arasındakı münasibətə toxunaraq deyib: ”Cənab Tillerson bizim ölkələr arasındakı etibarlılıq səviyyəsinin aşağı olması barəsində öz məyusluğunu bildirib. Biz indi Rusiya ilə demək olar ki, yola getmirik. Bizim Rusiya ilə münasibətimiz öz tarixi boyunca ən aşağı səviyyəsindədir”.

Ancaq Donald Tramp bir gün sonra bildirib ki, ABŞ və Rusiya arasındakı münasibət yoluna qoyulacaq. Öz növbəsində Putin hesab edir ki, prezidentliyinin ilk başlarından Rusiya ilə yaxınlaşmağa çağırışlar etməsinə baxmayaraq, Donald Trampın Ağ Evə gəlməyi ilə ikitərəfli münasibətlər pisləşib. Lakin Tillersonla görüşündən sonra Lavrov bildirib ki, onlar ABŞ-ın Suriyaya endirdiyi aviazərbələrlə bağlı ümumi bir mövqe işləyib hazırlaya biliblər və belə bir şey bir də təkrarlanmayacaq.

- Qərbdə isteriya

Bu yaxınlarda Suriyanın Xarici İşlər naziri Valid Muallim ilə keçirdiyi görüş zamanı Sergey Lavrov söyləyib: ”Qərbdə başladılmış isterikaya uymayaraq, Suriya münaqişəsinin həlli istiqamətində Astana və Cenevrə prosesləri çərçivəsindəki səyləri qırmağa imkan verilməməlidir”.

Suriya məsələsi üzrə daha bir beynəlxalq fikir ayrılığı BMT Təhlükəsizlik Şurasında yaşanıb. Suriyanın Han-Şeyhun şəhərinə edilən kimyəvi silah hücumunun araşdırılması üzrə təhqiqat aparılmasına və buna müvafiq qətnamənin qəbul edilməsinə dair ABŞ, Fransa və Böyük Britaniyanın çağırışına Rusiya veto qoyub.

“AFP”-nin suallarını cavablandıran Bəşər Əsəd deyib ki, o, yalınız və yalnız Han-Şeyhuna edilən hücumun qərəzsiz şəkildə və eyni zamanda da bu araşdırmada obyektiv mövqe tutararaq, heç bir siyasi məqsəd daşımayan ölkələrin iştirak etdiyi təhqiqatın nəticələrini qəbul edər.

Kimyəvi silahların qadağan olunması ilə əlaqədar beynəlxalq təşkilatdan təhqiqatın aparılmasının başlandığını elan edərək, bildiriblər ki, onların ekspertlərinin ilkin nəticələri məlumatların etibarlılığına dayanır.

Tillerson hələ mart ayında siyasi keçid çərçivəsində Bəşər Əsədin hakimiyyətdən uzaqlaşmasının təşkil olunmasını istəyirdi. Amma Sergey Lavrov ona əvvəlki diktatorlar – İraqda Səddam Hüseynin, Liviyada Qəddafinin devrilməsindən sonra həmin ölkələrin necə xaosa qərq olduğunu xatırladıb.

Moskva 2015-ci ilin sentyabr ayından Dəməşqə hərbi yardım göstərir, ABŞ isə 2014-cü ilin sentyabrından İŞİD-ə qarşı yaranmış beynəlxalq koalisiyaya rəhbərlik edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar