400 MİNLİK TOY EDƏN MƏMURLA BAĞLI ŞOK AÇIQLAMALAR - "Quldur dəstə yaradıb” (Video)

“Aysel Oktayı mən əsgərlikdə olanda tapıb.” Bunu AzNews.az-a açıqlamasında Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin birinci həyat yoldaşı Elşən Əsgərli bildirib.

Onun sözlərinə görə, cütlük 2012-ci ildə evlənib: “Biz universitetdə oxuyurduq. Orada bir-birimizi sevib ailə qurmuşuq. Həmin vaxt mənim 19 yaşım vardı. Evləndikdən 5 il sonra mən hərbi xidmətə yollandım. Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb. Bu səbəbdən Aysellə 2016-ci ilin aprel ayında rəsmi olaraq boşanmışıq. Bundan 6 ay sonra Aysel başqası ilə, yəni bugünkü həyat yoldaşı Oqtayla nişanlandı.”

Elşən Əsgərli qeyd edib ki, Aysellə aralarında olan nikah pozulandan sonra qarşı tərəf ona şər-böhtan ataraq, Əsgərlilər ailəsini əxlaqsızlıqda ittiham edib: “Aysel mənə qarşı təxribata başladı. O, mənim anamın, bacımın şəkillərini sosial şəbəkədə paylaşaraq altından təhqiredici ifadələr yazıb. Bundan əlavə, bizim evin və anamın mobil telefonlarının nömrəsini sosial şəbəkədə paylaşıb. Yazıb ki, guya mənim anam 20 manata əxlaqsızlıq edir. Bu başlıq altında mənim şəkillərimi paylaşır. Hamı görür o, nələr edir. İndi də mənə böhtanlar atır.”

Əsgərli Elşən eks-qayınatası Qüdrət Şükürovu dövlət əmlakını mənimsəməkdə ittiham edib: “Mənim ailəm həmişə imkanlı olub. Onun həyat yoldaşı “Porche” sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb. Mənim sürdüyüm maşın isə öz alın tərimlə qazanılıb. Özünə bir “alfons” tapıb. Onların yaşadığı dəbdəbəli həyat Ayselin atasının hesabınadır. Qüdrət müəllim 510 manat maaş alır, mənim atam isə heç bir dövlət işində işləmir, biznesmendir. Qoy cavab versin ki, 510 manatla o dəbdəbəli həyatı necə yaşamaq olar? Bakı Lift Təmir İstehsalat Birliyində baş direktordur. Atasının qrup dəstəsi var, liftləri oğurlatdırır. Məqsədi büdcədən pul qoparmaqdır ki, yenisini alsın. Özünə quldur dəstə yaradıb.”

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin dəbdəbəli yaşam tərzi ilə bağlı müzakirələr gedir. Ayselin bu yaxınlarda baş tutan toyuna 400 min dolların xərcləndiyi bildirilən müzakirələrdə bu dəbdəbənin mənbəyi soruşulur. Qüdrət Şükürovun dəbdəbəli həyatı və varidatı haqda yazını

Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb. Musavat.com-un əldə etdiyi məlumata görə, o, qızını "Dəmirbank" ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğluna ərə verib. Roman Əmircanovun digər oğlu isə MTN-nin sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun kürəkənidir.

Roman Əmircanov Borçalının qədim nəsillərindən olan Əmircanlı soyundandır. Atası Əmircanov Dünyamalı Məhəmməd oğlu Gürcüstan SSR-də müxtəlif vəzifələrdə çalışıb. Anası Roza Məmid qızı Əmircanova (Musayeva) Borçalının qədim nəsillərində biri olan Gülməmmədli nəslinin nümayəndəsidir.

Roman Əmircanov 16 oktyabr 2009-cu il tarixdən etibarən "Dəmirbank"ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və 2016-cı ilə qədər bu vəzifədə işləyib. Onun oğlu və Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov da MTN-də işləyib. Nazirlikdəki cinayət şəbəkəsi ifşa edildikdən sonra onu işdən uzaqlaşdırıblar.

Qeyd edək ki, Qüdrət Şükürovun qızı Aysel və Roman Əmircanovun oğlu Oktayın toyunun 400 min dollara ərsəyə gəldiyi iddia edilir. Məlumata görə, Qüdrət Şükürov kürəkəni Oktay Əmircanova "Porche" markalı avtomobil də hədiyyə edib.

unnamed.jpg (45 KB)

 

Azərbaycanlı məmurun qızının dəbdəbəli toyundan videogörüntüləri təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar