Çempionlar Liqasında gecənin oyunları - "Real Madrid" - "Bavariya"

Bu gecə Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilir.

"AzPolitika" xəbər verir ki, İspaniyada "Real" doğma arenada alman nəhəngi "Bavariya"nı qəbul edəcək. İlk qarşılaşmada çətinliklə də olsa (2:1) qələbə qazanan Madrid təmsilçisi, cavab görüşünə üstün tərəf kimi çıxacaq.

Gecənin digər qarşılaşmasında isə Madridin digər təmsilçisi "Atletiko" səfərdə İngiltərənin "Lester" klubu ilə qarşılaşacaq.

1/4 final, cavab oyunları

18 aprel

22:45. “Real” (İspaniya) - “Bavariya” (Almaniya) - TRT 1

İlk oyun - 2:1

22:45. “Lester” (İngiltərə) - “Atletiko” (İspaniya)

İlk oyun - 0:1

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar