“Veysəloğlu” qiymətləri ucuzlaşdırdı - 10 faizədək

"Veysəloğlu” şirkəti qida məhsullarının qiymətini ucuzlaşdırıb.

Şirkətdən "AzPolitika.info"ya verilən məlumata görə, son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq "Veysəloğlu” şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxıb və bir sıra ərzaq məhsullarının topdansatış qiymətini endirib.

Belə ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar