Amerikalı xüsusi təyinatlının xatirələri - “Mən Ben Ladeni necə öldürdüm” 

“Robert O`Nil “Xüsusi təyinatlı: Ben Ladeni öldürən atəşləri necə açdım” adlı xatirələr kitabında Üsəma Ben Ladeni tək özünün öldürdüyünü deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, roman O`Nilin və onun 5 döyüş yoldaşının Ben Ladenin Pakistanın Abbasabad şəhərində yerləşən gizli mənzilinə gəlməsi ilə başlayır.

“Biz 2-ci və 3-cü mərtəbələri birləşdirən binaya yaxınlaşdıq. Orada Ben Ladenin ölmüş arvadının yanında avtomatla dayanmış 22 yaşlı oğlu Xalidi gördük. Bu zaman anladıq ki, 1 nömrəli terrorçu yuxarıdadır. Xalidin üzünə atəş açaraq pilləkənlərlə yuxarı qalxmağa başladıq. Bu zaman nəhayət Ben Ladeni öləcəyini düşünürdüm.

Dostuma işarə verərək avtomatı doldurduq və pərdələrin arxasına atəş açdıq. Digər 2 qadını hərbçilər yerə yıxdılar və beləliklə, qarşımızda dünyanın axtarışda olan 1 nömrəli terrorçusu dayanırdı. Ben Laden gənc arvadını qalxan kimi istifadə etmək niyyətində idi. Amma 1 saniyədən də az müddətdə düşünərək dərhal qadının sağ çiyni üzərində nişan aldım və 2 dəfə tətiyi çəkdim. Ben Ladeni başından vurdum və o yerə sərildi”.

Robert O`Nil 2012-ci ildə ictimaiyyətin kəskin diqqətinə görə hərbi xidməti sonlandırdığını deyib. O, Ben Ladenin öldürməsinə görə qürurlandığını və digər “dəniz pişikləri”nin buna görə ona nifrətlə baxdıqlarını deyib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar