ABŞ qırıcıları Rusiya təyyarələrinə hücum etdi

teyyare-qirici-300x198ABŞ HHQ-i Alyaska sahillərində Rusiyaya məxsus olan Tu-95 bombardımançılarının qarşısını kəsib. Rusiya təyyarələrini müşayiət etmək üçün F-22 qırıcıları göndərilib. Hadisə aprelin 18-ə keçən gecə baş verib. Bu barədə Fox News hökumət mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatınagörə, hadisə zamanı Rusiya bombardımançıları ABŞ sərhəddinə yaxınlaşıb. 2 Tu-95 təyyarəsi ABŞ-ın Kadyak adasından 160 km və ABŞ HHQ-nin Elmendorf bazasından450 km aralıdan uçub.

Rusiya təyyarələrinin qarşısını kəsmək üçün iki F-22 qırıcısı ilə yanaşı Boeing E-3 də göndərilib. Təxminən 12 dəqiqəlik uçuşdan sonra Rusiya təyyarələri geri qayıdıb.

Məlumatı Pentaqona istinadən The Washington Examiner nəşri də yayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar