Peruda 6 bal gücündə zəlzələ baş verib

Peruda 6 bal gücündə zəlzələ baş verib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Elmi-Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yeraltı təkanlar ölkənin Amazon bölgəsindəki İqitos şəhərinin 255 kilometr şimal-qərbində, 10,7 kilometr dərinlikdə meydana gəlib. Hələlik tələfat və ya dağıntı barəsində məlumat verilmir.

Zəlzələ Ekvador və Kolumbiyada da hiss edilib. Ekvadorun paytaxtı Kitoda yeraltı təkanlardan təlaşa düşən sakinlər evlərini tərk ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar