"DOLLAR KREDİTLƏRİ İLƏ BAĞLI QƏRAR GÖZLƏYİRİK" - Vahid Əhmədov

"Problemli, dollarla verilən kreditlərlə bağlı qərar gec-tez verilməlidir".

Bu fikirləri Unikal.org-a Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. O, qeyd edib ki, bu istiqamətdə xüsusi təkliflər var:

"Prezidentin dediyi kimi, biz bank sistemini sağlamlaşdırıb normal işləməsini təmin etmək, sahibkarlarla banklar arasında normal müqavilə münasibətlərinin olmasını istəyiriksə, dollarla verilən kreditlərin qaytarılmasında əhali arasındakı problemi nəzərə alıb müəyyən qərarlar qəbul edilməlidir. Biz bunu gözləyirik. Çünki bu istiqamətdə xüsusi təkliflərimiz var”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar