Keçmiş polis rəisi ağır qəzada öldü - VİDEO

Göyçay rayonunun Xəlitli kəndində ölümlə nəticələnən avtomobil qəzası baş verib.

ARB TV xəbər verir ki, rayonun Çayarxı kənd sakini, 38 yaşlı Xəyal Məmmədov “Toyota Camry” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su arxına düşüb.

Sürücü aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Xəyal Məmmədov Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışıb və bir ay öncə işdən azad edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar