Peres Klinton barədə danışdı - ABŞ bayrağı aşdı!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Demokrat Partiyasının Milli Komitəsinin sədri Tom Peresin «MSNBC» telekanalında çıxışı zamanı səhnədəki ABŞ bayrağı aşıb. Bu olay, məhz Peresin Hillari Klinton barədə danışmağa başladığı anda baş verib.

Demokrat Partiyası nümayəndəsinə Klintonun elektron poçtu və Berni Sanders barədə sual ünvanlanıb. Peresin cavab verməyə başladığı anda, onun arxasında səhnəyə asılmış iki ABŞ bayrağından biri aşıb.

Yaranmış vəziyyət Peresin çıxışını dayandırmasına səbəb olmayıb - o, öz nitqini tamamlayıb və bu zaman özünü heç nə olmayıbmış kimi göstərib.

Bundan əvvəl, Klintonla «bayraq əhvalatı» artıq üç dəfə təkrarlanıb - eks-namizəd hər dəfə bayraqlara yaxınlaşan anda, onlar aşıblar. ABŞ blogerləri isə öz növbəsində, bu insidentləri ölkə üçün «neqativ işarə» kimi dəyərləndiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar