Türkiyə Seçki Komissiyası şikayəti təmin etməyib

Türkiyə Yüksəık Seçki Komissiyasının (YSK) aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi ilə bağlı iclası keçirilib. "Report" NTV-yə istinadən xəbər verir ki, yığıncaqda şikayətlər əsassız sayılıb. Qurumun 10 üzvü qərarın lehinə, 1-i isə əleyhinə səs verib.

Qeyd edək ki, Türkiyənin əsas müxalifət təşkilatı sayılan Cümhuriyyət Xalq Partiyası (CHP), Xalqların Demokrat Partiyası (HDP) və Vətən Partiyası aprelin 16-da keçirilən referendumun nəticələrinin ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar