Gəncədə 75 yaşlı qadın intihara cəhd edib

sirkeGəncədə yaşlı qadın hələki bilinməyən səbəbdən sirkə turşusu içərək intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1942-ci il təvəllüdlü Əliyeva Kifayət Əsgər qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib.

75 yaşlı qadın təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilib.

Onun hansı səbəbdən intihara cəhd etməsi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar