Əli Bayramov istintaqda dindirilir?

Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əli Bayramov qurumda yol verilmiş qanun pozuntuları ilə bağlı açılan cinayət işi üzrə aparılan istintaqa cəlb ediləcək.

Bu barədə Teleqraf.com-a məlumat etibarlı mənbədən daxil olub. Mənbə bildirir ki, Ə.Bayramov əslində ASC-də aparılan yoxlamalardan narahat olduğu üçün istefa verib.

Məsələyə aydınlıq gətirmək üçün Teleqraf.com-un əməkdaşı Ə.Bayramovla əlaqə saxlayıb. “Aqrolizinq” ASC-nin keçmiş sədri bildirib ki, hazırda açılan cinayət işilə bağlı görüşdədir: "Siz dediyiniz məsələ ilə bağlı görüşdəyəm. Sonra danışarıq".

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, “Aqrolizinq” ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələri müəyyən olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar