Rusiya, Türkiyə ilə ticarət böhranından 1,5 milyard dollar itirib!

«AzPollitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) kənd təsərrüfatı naziri Aleksandr Tkaçov ölkənin Türkiyə ilə ticarət böhranından itirdiklərini 1,3-1,5 milyard dollar həcmində qiymətləndirib.

O, həm də bəyan edib ki, Rusiya Türkiyə istehsalçıları üçün tomat (pomidor) bazarı açmağı planlaşdırmır, amma Türkiyə ilə ticarət böhranının həll olunacağına ümid edir. Bu barədə rusiyalı nazir «Rossiya 24» telekanalının efirindən bəyan edib.

«Əlbəttə,biz, münasibətlərimizin normallaşacağına ümidliyik. Şübhəsiz, bu, böyük bazardır. Türkiyədən idxalın payı 10,0 faiz və daha yuxarıdır. Bu, hiss ediləcək bir zərbədir. Ancaq mən, demək istəmirəm ki, Türkiyəsiz yaşaya bilmərik…».

Martın 15-də Türkiyə Rusiyanı kənd təsərrüfatı məhsullarının rüsumsuz gətirildiyi ölkələr siyahısından çıxarıb. Rusiya kənd təsərrüfatı nazirliyinin (KTN) məlumatına görə, gətirilən buğda və qarğıdalı üçün gömrük rüsumunun həcmi 130,0 faiz, düyü üçün 45,0 faiz, günəbaxan yemi üçün 13,5 faiz, paxlalılar üçün 9,7 faiz təşkil edir.

Günəbaxan yağının idxalı üçün gömrük rüsumu ortalama, 36,0 faiz - 1,0 ton üçün 1,5 min dollar (cari qiymətlərlə hesaladıqda, 1 ton günəbaxan yağı üçün 800 dollar olmaqla) təşkil edir.

«Türkiyə tərəfi bu addımı ona görə, atıb ki, Rusiya Türkiyə tomatı və xiyarı üçün tətbiq etdiyi qadağanı ortadan götürməyib» - deyə, taxıl, paxlalılar və bitki yağları xammalı idxalçılarının Orta Anadoludakı İttifaqının başçısı Turqay Unlyu qeyd edib.

1 yanvar 2016-cı ildə, siyasi münasibətlərin mürəkkəbləşməsi fonunda Rusiya Türkiyədən bir sıra kənd təsərrüfatı məhsullarının (apelsin, mandarin, üzüm, alma, armud, ərik, şaftalı, nektarlar, gavalı, çiyələk, tomat, xiyar, rəngli kələm, brokoll, baş soğan, ev quşları və hinduşka cəmdəyi və məhsulları, duz, saqqız və s.) idxalı üzərinə qadağa qoyub.

Mart ayında Rusiya hökuməti saqqız, duz, soğan, rəngli kələm, brokll və qərənfil idxalı üzərinə qoyduğu qadağanı ləğv edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar