Bu il fövqəladə hadisələrdə 62 nəfər ölüb, 212 nəfər xəsarət alıb

Dərc olunub: 19/04/2017 - 22:27

fhnBu ilin I rübü ərzində respublika ərazisində baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bu ilin I rübü ərzində respublika ərazisində 31 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 48% çoxdur. Partlayışlar zamanı 7 nəfər ölüb, 42 nəfər xəsarət alıb.

Həmçinin bu ilin ilk üç ayında baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2204 çıxış edilib. Yanğın hadisələri zamanı 24 nəfər ölüb, 64 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü ilə müqayisədə yanğından ölənlər üzrə 7 nəfər və ya 41%, xəsarət alanlar üzrə 35 nəfər və ya 121% çoxdur. Yanğınların söndürülməsi zamanı 20 nəfər xilas edilib, 353 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Hesabatda həmçinin bildirilir ki, 2017-ci ilin I rübü ərzində respublika ərazisində 2269 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 625 hadisə və ya 38% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub, 106 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 21 nəfər xilas edilib, 376 nəfər təxliyə olunub.


loading...

Fikrinizi bildirin