“NAZ-Lifan”ın istehsalı dayanıb? - Rəsmi açıqlama

Ölkəmizdə fəaliyyət göstərən bəzi informasiya saytları Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

"AzPolitika" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, "NAZ-Lifan” avtomobillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır. Belə ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılıb, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranıb. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən "NAZ-Lifan 820” və "Naz-Lifan 620” modellərinin satışı həyata keçirilib.

Əgər zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə "NAZ-Lifan” avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar