Peterburq metrosunda terror aktının sifarişçisi müəyyənləşdi

Sankt-Peterburq metrosunda baş vermiş terror aktının sifarişçisinin kimliyi məlum olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

Bununla belə terror aktının sifarişçinin adı açıqlanmayıb.

Xatırladaq ki, Sankt-Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Terror aktı Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar