Almaniya və Rusiya XİN başçıları Krasnodarda görüşəcəklər - İyun ayında

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel iyunun 28-30-da Krasnodarda görüşəcək. Almaniya Federativ Respublikasının (AFR) Rusiyadakı səfirlyi xəbəri təsdiqləyib - bu barədə məlumat səfirliyin «Facebook» rəsmi səhifəsində yer alıb.

Görüş Rusiya və Almaniyanın həmkar şəhərlərinin 14-cü Konfransı çərçivəsində baş tutucaq.

«İyunun 28-dən 30-a qədər Almaniya və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə Krasnodarda həmkar şəhərlərin 14-cü Konfransı keçiriləcək. Layihənin məqsədi - Rusiya və Almaniya arasında çoxtərəfli təmasların və həmkarlıq əlaqələrinin dəstəklənməsindən ibarətdir» - deyə, səfirlikdə qeyd ediblər.

Almaniya xarici işlər naziri postunda Qabriyelin sələfi Frank-Valter Ştaynmayer Rusiya bölgələrinə mütəmadi səfərlər edib. 2015-ci ilin mayında o, Volqoqradda, 2016-cı ilin avqustunda isə Yekaterinburqda olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar