RƏSMİ ŞƏXS PUTİNİN VARİSİNİN ADINI ÇƏKİB! - Qalmaqal

Dərc olunub: 20/04/2017 - 18:15

8a7932f7f05293b5c885b010a5f22ac4-PutinRusiyada ilk dəfə rəsmi vəzifə tutan şəxs-Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədrinin birinci müavini Frants Klintseviç prezident Vladimir Putinin varisinin adını çəkib.

Virtualaz.org xəbər verir ki, bu məsələ Putinin iştirak etdiyi toplantıda qaldırılıb. Putin tapşırıb ki, məsələ araşdırılsın və tədbir görülsün.

Böyük vətən müharibəsində qələbənin əldə edilməsinin ildönümünə hazırlıq üçün qurulmuş “Qələbə” təşkilat komitəsinin iclasında Əfqanıstan müharibəsi veteranları ictimai birliyinin rəhbəri Andrey Çepurnoy Putinə şikayətlənib ki, senator Klintseviç onların təşkilatını məhv etməyə, əmlakını ələ keçirməyə və veteranlar arasında parçalanma yaratmağa çalışır. Habelə prezidentin varisinin adını çəkir. Çepurnoy deyib ki, Klintseviç Putinin varisinin Dövlət Dumasının indiki spikeri Vyaçeslav Volodin olacağı haqda danışır.

valodin

Əfqanıstan veteranının bu çıxışına cavab olaraq Putin bildirib ki, dövlət başçısının varisini ancaq xalq seçə bilər. Özü də demokratik seçkilərlə. “Başqa heç kim” - Putin vurğulayıb. Prezident öz administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenkoya elə toplantıdaca tapşırıb ki, məsələni araşdırsın.

Vyaçeslav Volodin Prezident Administrasiyasının rəhbərinin müavini olub, daxili siyasəti kurasiya edib və ötən il Dövlət Dumasının spikeri seçilib.


loading...


Fikrinizi bildirin