Tillerson İranı terrorçuluğu maliyyələşdirməkdə ittiham edib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson İran İslam Respublikasını (İİR) terrorçuluğu maliyyələşdirməkdə günahlandırıb.

Onun sözlərinə görə, bu ölkənin hakimiyyəti araqarışdırıcı fəaliyyətini davam etdirir, xüsusilə də Suriya rejimini dəstəkləməklə.

Bundan başqa, Tillerson deyib ki, İranın hərbi-dəniz qüvvələri ABŞ-ın hərbi gəmilərini izləməklə, Fars körfəzində gəmiçiliyin sərbəst fəaliyyətini pozur. Halbuki ABŞ gəmiləri bu ərazidə qanuni əsaslarla üzür.

Vaşinqtonda çıxış edən dövlət katibi qeyd edib ki, İran həm də insan hüquqlarının pozulması üzrə dünyanın lider ölkələrindən biridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar