«Toyota» hidrogenlə işləyən yük maşını yaradıb!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın «Toyota» şirkəti prinsipial baxımdan yeni yük avtomobili yaradıb. Sınaq avtomobili hidrogenlə işləyən yanacaq elementli mühərriklə təchiz olunub.

Layihənin əsasında adi magistral yedək maşını dayanır. Avtomobil, «sedan» Toyota Miralın yanacaq elementli iki mühərriki ilə təchiz olunub. Nəticədə, 670 at qüvvəsi gücünə malik və tam çəkisi 36,2 ton olan yük maşını təkrar yanacaq götürmədən, 320 kilomterdən artıq məsafə qət edə bilir.

Hidrogenlə işləyən bu avtomobil Los-Anceles limanında sınaqdan keçiriləcək və sınağın nəticələrindən asılı olaraq, onun seriyalı istehsalı barədə qərar qəbul ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar