Venesuela hökuməti "General Motors"un zavodunu ələ keçirib

"General Motors" (GM) korporasiyası Venesuela hakimiyyətinin onların Valensiya şəhərindəki zavodunu qanunsuz zəbt etdiyini açıqlayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Dünən GMV (General Motors Venezolana) zavodu gözlənilmədən dövlət orqanlarının nümayəndələri ilə doldu və zavodun normal fəaliyyətinin qarşısı alındı. Bundan əlavə, şirkətin digər aktivləri, məsələn, avtomobillər qanunsuz olaraq obyektdən çıxarıldı", - şirkətin bəyanatında deyilir.

GM zavodun qanunsuz olaraq ələ keçirilməsinin şirkətə, onun 2678 işçisinə, 79 dilerə, eləcə də təchizatçılara zərər vuracağını açıqlayıb. İndi GM hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar