"ShamkirChess2017" superturnirinin püşkü atılıb

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess2017" superturnirinin püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, ilk turda Azərbaycanın hər iki təmsilçisi qara fiqurlarla oynayacaq.

Şəhriyar Məmmədyarov hindistanlı Pentala Harikrişnaya, Teymur Rəcəbov ukraynalı Pavel Elyanova rəqib olub.

1. Radoslav Voytaşek (Polşa) - 2. Veselin Topalov (Bolqarıstan)

3. Uesli So (ABŞ) - 4. Sergey Karyakin (Rusiya)

5. Pavel Elyanov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan)

9. Maykl Adams (İngiltərə) - 10. Vladimir Kramnik (Rusiya)

7. Pentala Harikrişna (Hindistan) - 8. Şəhriyar Məmmədyarov (Azərbaycan)

Qeyd edək ki, turnir aprelin 21-də saat 15:30-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində start götürəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar