Berlindən Türkiyədə qurulacaq tank zavoduna “PKK maneəsi”

Almaniyanın qabaqcıl silah istehsalçılarından olan “Hainmetal”ın (Rheinmetall) Türkiyədə tank zavodu qurması ilə bağlı planına Almaniya Məclisi veto qoyub.Axar.az xəbər verir ki, bu haqda Almaniya mətbuatı məlumat yayıb. Buna səbəb kimi Türkiyənin PKK-a qarşı Surdakı əməliyyatları göstərilib.

Almaniya İqtisadiyyat Nazirliyi xaricdə şirkət qurmaq üçün Almaniya hökumətinin icazəsinə ehtiyac olmadığını, lakin texnologiya transferi üçün bunun vacibliyini bildirib.

Digər iddialarda isə göstərilir ki, vetoya səbəb Almaniya hökumətinin həmin zavodun istehsal etdiyi silahlardan Türkiyəyə qarşı istifadə etmək istəyidir.

“Hainmetal”ın Türkiyədəki fabrik planı haqda son qərar Almaniya Məclisi tərəfindən aprelin 26-da veriləcək.

Qeyd edək ki, Türkiyə-Almaniya siyasi gərginliyi tərəflər arasındakı ticarət əlaqələrinə də təsir etməyə başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar