Baykaldan Ərdoğana - "Matç bitmədi"

Matç hələ bitməyib. 2019-cu ildə daha bir hesabımız var.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Dəniz Baykal prezident Ərdoğanın sözlərinə cavab olaraq deyib.

“51 faizlə konstitusiya dəyişkliyi ola bilməz. Bu, bir konstitusiya böhranıdır”, - deputat bildirib.

Qeyd edək ki, ötən gün Ərdoğan referendumla bağlı mətbuata açıqlamasında faiz göstəricisinin önəmli olmadığını vurğulayaraq, bunu futbol matçı ilə müqayisə etmişdi:

“1-0, yaxud 5-0 qazanmağın önəmli deyil. Önəmli olan oyunun qalibi olmaqdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar