Rusiya ordu hissələrini KXDR sərhədinə doğru çəkir!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Biləşmiş Ştatlarının (ABŞ) Koreya Xalq Dnmokratik Respublikasına (KXDR) zərbə endirəcəyindən və bunun nəticəsində Rusiya ərazisinə miqrant axınının baş verə biləcəyindən ehtiyatanaraq, Rusiya bu ölkə ilə 17 kilometrlik sərhəd zolağının möhkəmləndirilməsi ilə məşğuldur. Bu barədə xəbəri «The Daily Mail» yayıb.

Sosial şəbəkələrdə yayılan videosüjetdən görünür ki, hərbi texnika yüklənmiş üç dəmir yol heyəti Xabarovskdan keçərək, Primorsk diyarına istiqamət götürüb. Buraya həm də hərbi vertolyotlar və zirehli texnika cəmləşir.

Şərq hərbi dairəsinin (ŞHD) mətbuat xidmətində texnikanın hərəkətini bu rayonda qış mövsümündən sonrakı təlim-yoxlama məqşi adlandırıblar. Amma ekspertlər KXDR ilə sərhəddə ordunun iştirakının artmasını mümkün ABŞ-KXDR münaqişəsi ilə bağlayırlar.

«Qonşular dalaşakən, bu, adi praktikadır. Bizim ölkəmiz öz sərhədlərini möhkəmlədir. Bu, həmişə olub və hesab edirəm ki, bu gün də baş verir» - deyə, adının açıqlanmasını arzu etməyən ekspertlərdən biri qeyd edib.

«Sərhədə artilleriya sistemləri daşınır. Onlar ya piyada hissələri müşaiyət etmək və ona dəstək vermək, ya da təcavüzkarı sıx atəşlə qarşılamaq üçündür» - deyə, digər ekspert əlavə edib.

«Əgər ABŞ Şimali Koreyanın nüvə obyektlərinə raket zərbəsi endirsə, o zaman radioaktiv bulud iki saat ərzində Vladivostoka çatar» - deyə, Uzaq Şərq İnstitutunun əməkdaşı Konstantin Asmolov xəbərdarlıq edir və xatırladır ki, şəhər Şimali Koreya sərhədinin 150 kilometrliyində yerləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar