Parisin mərkəzində atışma – 2 polis ölüb

Dərc olunub: 21/04/2017 - 00:50

fransa polisParisin mərkəzində daha bir atışma baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, digərinin yaralandığı barədə məlumat verilmişdi.

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.

Cinayətkarın axtarışı davam etdirilir.

İnsidentin terror aktı olduğu istisna edilmir.


loading...




Fikrinizi bildirin