KOREYA YARIMADASINDA MÜHARİBƏ TƏHLÜKƏSİ – Şimali Koreyanın xüsusi təyinatlıları qorxu saçır

Dərc olunub: 21/04/2017 - 01:13

“KXDR-in yerüstü orduları böyük zərbə gücünə malikdir”

1440140074_1551854_20130330091127

Vaşinqton Şimali Koreyaya qarşı təzyiqləri getdikcə gücləndirir və ola bilər ki, ona xəbərdarlıq zərbəsi də vursun. Lakin Pxenyan rejimi qeyri-nüvə silahı vasitələri ilə ABŞ-a və Cənubi Koreyaya cavab zərbəsi vurmaq imkanına malikdir.

Analitiklərin diqqəti daha çox Şimali Koreyanın ballistik raketlər arsenalına cəmlənib. Amma Şimali Koreya tərəfindən Cənubi Koreyaya əsl təhlükə ağır artilleriya və xüsusi təyinatlı qoşunlardan gələ bilər. Məhz bu qüvvələr Cənuba ziyan yetirmək imkanına malikdir.

Koreya yarımadasında müharibə başlayacağı təqdirə, Pxenyanın quru qoşunları Cənubi Koreya və həmçinin də, orada dislokasiya edilmiş Amerikan ordusu üçün böyük təhlükə sayılır. Əlbəttə, burada biz nüvə silahından istifadəni nəzərə almırıq.

Cənubi Koreya Müdafiə Nazirliyinin 2014-cü ildə hazırladığı məlumat xarakterli sənəddə deyilir: ”Quru qoşunlarının 70 faizi Pxenyan-Vonsan xəttindən cənubda yerləşdiyi üçün Şimali Koreyanın istənilən anda qəflətən hücuma başlama imkanı var. Ön mövqelərdə 170 millimetrlik özüyeriyən atəş texnikası və 240 millimetrlik Yaylım Atəşli Raket Sistemləri (YARS) Seulun rayonlarına və şəhər ətrafına kütləvi atəş zərbələri endirə bilər. Şimali Koreya ordusunda 300 millimetrlik reaktiv qurğular sınaqdan çıxarılır. Həmin raketlərin Cənubi Koreyanın tam ortasına qədər gedib çıxa biləcəyini nəzərə alarıqsa, onda bu silahlar demək olar ki, böyük dağıntılar törədər”.

Bundan əlavə Şimali Koreya öz artilleriyasını sərhəd rayonlarında və cəbhə xətti boyunca 122 millimetrlik Yaylım Atəşli Raket Sitemləri ilə gücləndirib. Şimali Koreyanın artilleriya qurğuları örtülü səngərlərdə gizlədilib ki, bu da döyüş zamanı onların effektliyini artırır. Seulun hesablamalarına görə, Şimalın əlində, təxminən 8600 ədəd artilleriya qurğusu və 5500 ədəd yaylım ətəşli raket sistemləri var.

Type_88_Chinese_Army_001

Digər tərəfdən isə Koreya Xalq Demokratik Respublikası özünün tank qoşunlarını modernləşdirir. Hərçənd ki, mexanikləşdirilmiş hərbi hissələr Pxenyan rejimi üçün ən başlıca iş sayılmır. Orada həmçinin daimi olaraq döyüş texnikasının yenilənməsi gedir. Tank və mexanikləşdirilmiş hissələrdə əsas döyüş tankları olan “T-54” və “T-55”-lərin daha müasir “Çonma” və “Sonqun” tankları ilə əvəzlənməsi prosesi həyata keçirilir. Seulun məlumatına görə, Şimali Koreyanın ixtiyarında 4300 tank və 2500 ədəd digər zirehli maşınlar var.

Şimali Koreya təkcə etibarlı sığınacaqlarda gizlədilmiş güclü artilleriya qurğularına malik deyil, onun çoxsaylı və yaxşı hazırlıq görmüş xüsusi təyinatlı qoşunları var ki, bu da ABŞ və Çənubi Koreya üçün ən ciddi təhlükə sayılır. ABŞ hərbi mənbələrinin məlumatına əsasən, Şimali Koreya rejiminin xüsusi təyinatlıları yaxşı təlim keçiblər və həm də ki, yaxşı təchiz olunublar.

Army_260708_2

Cənubi Koreya mənbələrində deyilir: “Şimali Koreyanın xüsusi təyinatlı əsgərlərinin sayı 200 min nəfərdir. Xüsusi təyinatlılara müxtəlif strateji, operativ və taktiki birliklər, yüngül silahlarla təchiz edilmiş piyada diviziyası və ön cərgədə dayanan aparıcı polklar daxildir. Şimalı Koreya xüsusi təyinatlılarına düşmənin ön və arxa rayonlarına müdaxilə etmək və eyni zamanda da iri hərbi birləşmələrə, mühüm strateji obyektlərə zərbə vurmaq, hərbi rəhbərlərin aradan götürülməsi kimi əməliyyatların həyata keçirilməsi tapşırıqları verilir. Müharibə zamanı düşmənin arxasına müdaxilə, yeraltı tunellər, plasdarmların ələ keçirilməsi və həm də sualtı qayıqlardan, ”An-2” təyyarələrindən, vertolyotlardan və digər vasitələr vasitəsilə həyata keçirilir”.

Ümumiyyətlə isə Şimali Koreya texniki baxımdan geri qalmış ölkədir, amma müharibə olacağı təqdirdə onun ordusu Cənubi Koreyaya və o cümlədən də Koreya yarımadasının cənubunda yerləşmiş Amerikan ordusuna ciddi ziyanlar vura bilər.

(“The National İnterest” – ABŞ)


loading...




Fikrinizi bildirin