Rusiyada FTX-nin binasına hücum edənin şəxsiyyəti açıqlanıb

Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarındakı İdarəsinin binasına hücum edən 1999-cu ildə bu bölgədə anadan olan Konev A.V. adlı Rusiya vətəndaşıdır.

“Report” xəbər verir ki, bunu TASS-a İdarənin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildiriblər.

İnformasiyaya əsasən, o, təyin edilən texniki zonanı keçmədən qəbul otağındakılara atəş açıb.

“Partlayıcı texnikalar üzrə mütəxəssislər Konevin şəxsi əşyalarına baxış keçirən zaman partlayıcı qurğu aşkar edilib”, - deyə Mərkəzdən bildirilib.

Xəbərə görə, onun neo-faşist qruplara mənsub olması barədə məlumat var.

Qeyd edək ki, aprelin 21-də Rusiyanın Xabarovsk Diyarında Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən biri FTX-nin əməkdaşı, digəri isə həmin vaxt binada olan mülki şəxsdir. Ölənlərdən birinin və yaralanan şəxsin MDB ölkələrindən birinin vətəndaşı olduğu bildirilib. Amma həmin ölkənin adı açıqlanmayıb.

Məlumata görə, binaya hücum edən şəxs məhv edilib. Hüquq-mühafizə orqanları hadi

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar