800 MİNLİK QIZIL İŞİNDƏ BƏRAƏT - Ziya Məmmədovun müşaviri məhkəməni uduzdu

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilirdi. İttihama görə, o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını mənimsəyib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, R. Əhmədova 10 illik həbs cəzası istəyib.

Sonra vəkil Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib və hüquqlarını müdafiə etdiyi Rövşən Məmmədova bəraət hökmünün çıxarılmasını istəyib. O qeyd edib ki, təqsirləndirilən şəxsin günahsız olduğu məhkəmə araşdırmasından da açıq şəkildə görünür.

R. Əhmədovun digər vəkili Ülkər Yusifova da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarlmasını istəyib: "Cinayət işində qızılların siyahısı ilə bağlı materiallara da rast gəlinmir".

Təqsirləndirilən R. Əhmədov son söz deyib. O, çıxışında günahsız olduğunu və zərərçəkmiş Çingiz Baxşıyevə məxsus qızılları mənimsəmədiyini deyib.

Məhkəmə Kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub.

Hökmdə qeyd olunub ki, prokurorluğun ittihamı subyektiv mülahizə əsasında hazırlanıb. Hökmə əsasən, R. Əhmədov barəsində bəraət hökmü çıxarılıb. Məhkəmə onun təqsirsiz olduğu qənaətinə gəlib.R. Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.

 

adem_me_934_1120863291_nVəkil Adəm Məmmədov hökmün ədalətli olduğunu bəyan edib: " Hüqualarını müdafiə etdiyim Əhmədov Rövşən Şirəli oğlunun sabiq nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Bəxşiyevin 800 min manat dəyərində olan qızıl-zinət əmlaklarının mənimsəməsinə dair ədalətli qərar qəbul olundu. Belə ki, R.Əhmədova prokuror tərəfindən 10 il cəza istənilməsinə baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi 1 il həbsdə saxlanılan şəxsə bəraət verərək dərhal həbsdən azad olunması barədə qərar qəbul etdi. Çox şükürlər olsun 1 il çəkdiyim əziyyətim hədər getmədi. Hakim Əfqan Hacıyevə təşəkkür edirəm!"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar