Lukaşenko Avropa İttifaqını cavab sanksiyaları ilə hədələdi
Baxiş sayı:
Dərc olunub:
21/04/2017 - 16:49
Belarus prezidenti Aleksandr Lukaşenko parlamentə və vətəndaşlara müraciət edərkən Minskin Avropa İttifaqına qarşı cavab sanksiyaları ilə çıxış etməyə hazır olduğunu bəyan edib. Bu barədə “Rossiyaskaya qazeta” məlumat yayıb.
“Bizi Avropa İttifaqı bazarlarına buraxmırlar. Niyə öz bazarlarımızı qorumuruq, niyə tamamən simmetrik və adekvat şəkildə Belarus dəyərlərini göstərmədik?”, - Lukaşenko deyib.
Dövlət başçısı, həmçinin qeyd edib ki, Belarus hökumətindən “konkret addımlar” gözləyir.
Lukaşenkonun sözlərinə görə, ölkə ənənəvi bazarlara çıxmalıdır. İlk olaraq rus bazarına, belə ki, Belarus iqtisadiyyatı Rusiyada tələb olunandır.
Bununla belə, Lukaşenko Belarusun hansı sanksiyaları tətbiq edə biləcəyini dəqiqləşdirməyib.(oxu.az)
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.