Avroliqada yarımfinal cütlükləri müəyyənləşdi

Dərc olunub: 21/04/2017 - 17:15

uefa_europe_league_250216Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada yarımfinal cütlükləri müəyyənləşib.

“Ayaks” (Hollandiya) bu mərhələdə “Lion”la (Fransa) qarşılaşacaq. Digər cütlükdə isə “Selta” (İspaniya) “Mançester Yunayted”lə (İngiltərə) üz-üzə gələcək.

Avropa Liqası

Yarımfinal

“Ayaks” (Hollandiya) – “Lion” (Fransa)

“Selta” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

Qeyd edək ki, yarımfinalın ilk matçları mayın 4-də, cavab qarşılaşmaları isə mayın 11-də oynanılacaq. Final matçı isə mayın 24-də keçiriləcək.


loading...


Fikrinizi bildirin