Ölənlərdən biri azərbaycanlıdır? – FTX-yə silahlı hücum

Dərc olunub: 21/04/2017 - 18:13

700da2842eb1763097fdddcade931c61Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin binasına hücumun yeni təfərrüatları məlum olub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hücumu törədən şəxs 1999-cu ildə anadan olmuş Xabarovsk sakini Anton Konevdir. FTX onun əvvəllər neonasistlərə qoşulduğunu, daha sonra islamı qəbul etdiyini bildirir.

Məlumata görə Konev FTX-nin idarəsinin qarşısına gələrək telefonla növbətçiyə zəng vurub və Xabarovskdakı bütün ekstremistlər barədə məlumatı verəcəyini deyərək onu aldadıb. Konevlə görüşmək üçün FTX-nin əməkdaşı qəbul otağına düşüb. Bu zaman idarənin azərbaycan dili üzrə tərcüməçisi də təsadüfən öz işləri ilə bağlı idarənin qəbul otağına daxil olub. Bu zaman versiyalardan birinə görə, Konev FTX əməliyyatçısına tapançadan atəş açıb, ardınca onun avtomatını əlindən alıb və sağa-sola güllə yağdırıb. Bu zaman təsadüfən otağa girən tərcüməçi və MDB ölkələrindən birindən olan, həmin vaxt qəbul otağında olan şikayətçi həlak olub. Ehtimal olunur ki, həmin şəxs Azərbaycan vətəndaşıdır. Çünki FTX-nin azərbaycan dili üzrə tərcüməçisi onunla görüşmək üçün qəbul otağına gedibmiş.

Digər versiyaya görə Konev avtomatı da özüylə içəri keçirib. Atışma zamanı bir nəfər yaralanıb. Atışma zamanı Konevin atdığı güllələrdən biri divara dəyərək geri qayıdıb və onun özünə dəyib. Ekstremist yıxılıb, ardınca FTX əməkdaşları onu güllələyiblər. Məlumata görə Konev sosial şəbəkələrdə atəş təlimi keçərkən çəkilmiş görüntülərini yerləşdirib və kadrlarda onun “Allahü əkbər” qışqırdığı görünür.

189889_src


loading...




Fikrinizi bildirin