Canavar kənd sakininə hücum etdi –  “Qarşısını ala bilmirik” (VİDEO)

Şəki rayonun Qudula kənd sakini Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub.

ARB TV xəbər verir ki, ona yaşadığı kəndin yaxınlığında canavar hücum edib.

Bəhram Seyidova xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Bəhram Seyidov – Zərərçəkən: “Gördüm ki, 5 canavar gəlir, qoyuna hücum edir. Qarşısını aldım. 4-ü qayıtdı, 1-i qayıtmadı. 1 heyvanımızı yaraladı. Heyvanı buraxıb özümə hücum etdi. Artıq özümücə hücum edirlər. Qarşısını ala bilmirik”.

Bəhram Seyidov bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib. O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar