Elşad Abdullayev ölkəyə gətirilə bilməz

Adil Ismayılov: «Yaxın vaxtlarda bu məsələnin reallaşmaq perspektivi yoxdur»

Prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra jurnalistlərin sullarını cavablandıran baş prokuror Zakir Qaralov Korrupsiyaya qarşı mübarizədən, ölkədə baş verən cinayətlərin sayından, üstü açılmış cinayətlərdən danışıb. Zakir Qaralov fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev barəsində də məlumat verib. O bildirib ki, Elşad Abdullayevin ekstradisiya məsələsi yaxın günlərdə təmin olunacaq.

Zakir Qaralovun açıqlamasından bu qənaətə gəlmək olur ki, Elşad Abdullayevin ölkəyə gətirilməsi ilə bağlı problem həll olunub.

Elşad Abdullayevin vəkili Adil Ismayılov Azadlıq qəzetinə bildirib ki, Elşad Abdullayevin ölkəyə gətirilməsi real görünmür: “Respublika prokurorluğunun hansı dairələrə müraciət ertməsi haqqında məlumatım yoxdur. Onun Interpol xəttiylə axtarışa verilməsi haqqında da dəqiq məlumatım yoxdur. Bildiyim odur ki, Nəsimi Rayon Məhkəməsində Elşad Abdullayev barəsində cinayət işi açılıb. Ancaq Elşad Abdullayevin ölkəyə gətirilməsi qeyri-mümkündür və yaxın vaxtlarda bu məsələnin reallaşmaq perspektivi görünmür”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar