Avtomobil dərəyə aşdı - Ölən var

Lənkəran-Lerik yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika"nın APA-ya istinadən məlumatına görə, hadisə Lənkəranın Şovu kəndi ərazisində qeydə alınıb. Yolda hərəkət edən minik avtomobilinin dərəyə aşdığı, nəticədə bir nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxs Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar