Antiislam partiyası öz sıralarını yəhudilərlə doldurur! - Almaniyada

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) «Almaniya üçün alternativ» (AüA) sağ-poplulist partiyası ölkədə hicabın, minarələrin, yeni məscidlərin tikilməsinin qadağan edilməsinə və müsəlman ölkələrindən miqrasiyanın qarşısının alınmasına çağırır. Partiyaının bu çağırışları son vaxtlar Yaxın Şərqdən olan miqrantların yəhudilərə yönəlik döümsüzlüyünün artmasından narahatlıq keçirən almaniyalı yəhudilər üçün də cəlbedici olub.

Partiyanın lideri Frauke Petri yaxın günlərdə «Die Welt» qəzetinə verdiyi müsahibədə «AüA» partiyasını hətta Almaniyaya qeyri-leqal «antisemit miqrasiyası» zamanı yəhudilərin qarantı olan azsaylı partiyalardan biri adlandırıb.

«Təkcə Baden-Byürtemberq torpağında AüA partiyasının parlamentə 38 namizədindən dördü yəhudidir» - deyə, Die Zeit qəzeti aydınlaşdırıb.

Qəzetin yazdığına görə, «görünür, səbəblərdən biri ondan ibarətdir ki, yəhudi icmaları Almaniyada müsəlmanların sayının artmasından və onlar tərəfindən mümkün antisemit hərəkətlərin ortaya çıxacağından ehtiyat edirlər».

Nəşrin yazır - səbəblərdən biri budur ki, yəhudi cəmiyyətlərində Almaniyada müsəlmanların sayının artmasından və onlar tərəfindən mümkün antisemitizmin meydana gələcəyindən ehtiyat edirlər. Aprelin əvvəlində Berlin şəhərindəki məkitəblərin birində yəhudi uşaqla yaşanmış tarixçə böyük resonans doğurub. Burada ərəb və türk əslli şagirdlər həmin uşağı təhqirlərə məruz qoyublar. O zaman yəhudilərin mərkəzi Şurasının keçmiş prezidenti Şarlotte Knoblox bunun heç də tək-tük hadisə olmadığını bildirib.

Qəribədir, ötən əsrin ortalarında yəhudiləri genosidə (xolokost) məruz qoymuş Almaniya, indi müsəlmanlara qarşı yəhudilərlə birləşir! Ümumiyyətlə, son dövrdə Almaniyanın nümayiş etdirdiyi antitürk (antiislam) siyasəti dərin düşüncələrə yol açır…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar