Mərakeşin xarici işlər naziri Azərbaycana gələcək
Baxiş sayı:
Dərc olunub:
23/04/2017 - 00:14
Bu ilin payızında Mərakeşin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir. Bunu APA-ya açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarx deyib.
Onun sözlərinə görə, səfərin məqsədi hökumətlərarası birgə komissiyanın iclasında iştirak etməkdir: "İclasın dəqiq tarixi və proqramı müəyyənləşməyib. İlk iclasın bu ilin payızında Bakıda keçiriləcəyinə ümid edirik. Komissiyanın hər iki ölkədən həmsədrləri xarici işlər nazirləridir".
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.