"Biz xəyalpərəstləri deyil, kriminalları hədəf almışıq" - Tramp

ABŞ prezidenti qanunsuz yolla Amerikaya gətirilən mühacir uşaqlarının deportasiya edilməyəcəyini bildirib.

Associated Press-ə müsahibəsi zamanı Donald Tramp deyib ki, biz xəyalpərəstlər deyil, kriminalları hədəf almışıq.

Seçkiqabağı kampaniyaları zamanı ABŞ-Meksika sərhədində hasar inşa ediləcəyini deyən prezident hasarın məsrəfləri barədə məlumat verməyib.

​Konqres hasarın inşası məsrəflərinin də daxil edildiyi hökumətin xərclərinə dair planı gələn həftənin sonunadək təsdiq etməlidir.

Prezident layihəyə vəsait ayrılmasa, hökumətin xərclərinə dair planı imzalayacaqmı sualının cavabında deyib ki, hələ bilmir.

Lakin o, seçki kampaniyaları zamanı hasarın xərcini amerikalıların ödəməyəcəyini deyirdi.

Tramp AP ilə hakimiyyətinin 100-cü günü danışıb. ABŞ dövlət başçısı ilk 100 günü ərzində dünya liderləri ilə münasibətlər də daxil edilməklə, inkişaflara təməl qoyduğunu bildirib.

Prezident mühacirət siyasətinə görə tənqid etdiyi Almaniya kansleri Angela Merkellə yaxın əlaqələr qura biləcəyinə inanmadığını deyib.

Xarici siyasətə gəlincə, Tramp ABŞ-ın İranla əldə edilən nüvə razılığından çıxa biləcəyini deyib. O, İranın Yaxın Şərq və onun kənarlarında sabitsizləşdirici rol oynadığını önə çəkib.

Baxmayaraq ki, ABŞ Dövlət Departamenti İranın razılığın şərtlərinə əməl etdiyini bəyan edib ("Amerikanın səsi").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar