Azərbaycanda hərrac mərkəzi yaradılıb

Azərbaycanda bağlanmış bankların əmlakın satışını həyata keçirmək üçün hərrac mərkəzi yaradılıb. Bu barədə Trend-ə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, mərkəz Assosiasiyanın nəzdində fəaliyyət göstərəcək.

Qeyd edək ki, keçən il Azərbaycanda 11 bank bağlanıb - Qafqaz inkişaf bankı, United Credit Bank, Bank Standard, Zaminbank, Dekabank, Kredobank, Atrabank, Bank of Azerbaijan, Gandjabank, Texnikabank və Parabank.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar